Azərbaycan Premyer Liqası: Bu gün daha iki görüş baş tutacaq

Misli Premyer Liqasının XVII turunda bu gün daha iki görüş baş tutacaq.
Əvvəlcə "Şamaxı" evdə "Qəbələ"ni qəbul edəcək.
Görüş Şamaxı şəhər stadionunda saat 14:00-da start götürəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu komada hazırda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 11-ci yerdə olan "Qəbələ"nin isə 8 xalı var.
Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 36 xalla turnir cədvəlində ikincidir. 10-cu yerdə olan "Kəpəz"in isə 9 xalı var.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. XVII tura yanvarın 25-də yekun vurulacaq. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır