Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq?
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat xarici laboratoriyalar tərəfindən araşdırıldıqdan sonra dərc olunacaq.
Bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Saujranbayev yerli mediaya açıqlamasında bildirib.
O qeyd edib ki, faciə ilə bağlı yekun hesabat xarici laboratoriyalardan məlumatlar alındıqdan sonra hazırlanacaq.
"Nümunələr Rusiya və Azərbaycan tərəflərinə təhvil verilib, daha sonra isə Azərbaycan onları xarici mütəxəssislərə göndərib. Aviasiya modulu bölməsi müayinə üçün amerikalı bir istehsalçıya yönləndirilib", - deyə o izah edib.
Nazir onu da bildirib ki, iki əcnəbi laboratoriyanın məlumatları hələlik onlara daxil olmayıb.
Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü var idi. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı idi. Faciə nəticəsində 38 nəfər həlak olmuş, üçü uşaq olmaqla 29 nəfər sağ qalmışdı.
Hadisəyə səbəb Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən buraxılan raket olduğu bildirilib. Məsələ bir neçə ay əvvəl Düşənbədə İlham Əliyevlə Putin arasında keçirilən görüşdə də müzakirə olunub.
Vladimir Putin həmin görüşdə bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır