Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib
Ukrayna Xarici İşlər Nazirliyi növbəti humanitar yardıma görə Azərbaycana təşəkkür edib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, Rusiya qış aylarında mülki enerji infrastrukturunu hədəf almağa davam etdiyindən, enerji dəstəyi Ukrayna vətəndaşları üçün olduqca vacib olaraq qalır.
Rəsmi Kiyev Ukraynaya enerji infrastrukturu məsələsində yardım elan edən bütün ölkələrə, o cümlədən Azərbaycana təşəkkür edib.
"Azərbaycan Rusiya hücumlarından təsirlənən bölgələrdə elektrik təchizatının bərpasına kömək etmək üçün enerji avadanlığı - 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27 000 metr kabel göndərib”, - məlumatda deyilir.
Qeyd edilib ki, bundan əlavə, Niderland və Slovakiyadan da enerji və tibbi avadanlıqların Ukraynaya çatdırılması gözlənilir.
“Həm hərfi, həm də məcazi mənada istilik verən dəstəyə görə tərəfdaşlarımıza minnətdarıq. Bu dəstək tək olmadığımızı sübut edir”, - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa vurğulayıb.
Qeyd edək ki, yanvarın 20-də Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır