Diplomat: ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsinə yardım etməyə sadiqdir
ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsinə yardım etməyə sadiqdir.
Bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo Atəşgah məbədini ziyarət zamanı videomüraciətində bildirib.
Onun sözlərinə görə, ABŞ və Azərbaycan 30 ildən çoxdur tərəfdaşdır:
"Biz birlikdə terorrizmlə mübarizə aparmışıq, enerji təhlükəsizliyini inkişaf etdirmişik və hər iki ölkə üçün rifah yaratmışıq. Azərbaycan və ABŞ üçün tarixi bir anda burada olmaq mənim üçün böyük şərəfdir. Ağ Evdə avqustun 8-də sülh sazişinin paraflanması təşəbbüsünün irəli sürülməsi Cənubi Qafqaz bölgəsi üçün cəsarətli yeni bir səhifənin başlanğıcını qoydu. ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsinə yardım etməyə sadiqdir. Bu sülh yolunu möhkəmləndirməklə Cənubi Qafqazın ticarət, tranzit və enerji mərkəzi kimi böyük potensialını açırıq. Bu isə gələcək iqtisadi əməkdaşlığımızın əsasını təşkil edir".
Diplomat qeyd edib ki, Vaşinqtonda Prezident Donald Tramp və Prezident İlham Əliyevin imzaladığı Anlaşma Memorandumu ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığının yaradılması istiqamətində ilk addımdır. O ümid etdiyini bildirib ki, bu ortaq maraq doğuran məsələlər üzrə əlaqələndirməni gücləndirəcək:
"Növbəti üç il ərzində məqsədim ölkələrimiz arasında münasibətləri daha da gücləndirmək və regionda sülh prosesini dəstəkləmək və həm amerikalılar, həm də azərbaycanlılar üçün faydalı olacaq ortaq iqtisadi imkanları təşviq etməkdir. Əl-ələ verərək daha çox şey edə bilərik. Mənə artıq aydın oldu ki, Azərbaycanın zəngin mədəniyyəti, qonaqpərvər insanları, gözəl təbiəti və dadlı mətbəi var, burada olduğum müddətdə bütün bunları yaşamağı səbrsizliklə gözləyirəm".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır