SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bakıda Fətullah Gülənin 2 önəmli fiquru - İTTİHAM VAR

Bakıda Fətullah Gülənin 2 önəmli fiquru - İTTİHAM VAR

Tarix:

22-08-2017, 09:23

/ 61 413 dəfə oxundu.
Bakıda Fətullah Gülənin 2 önəmli fiquru - İTTİHAM VAR

Keçən il Türkiydə qanlı dövlət şevrilişinə cəhd göstərən quldurbaşı Fətullah Gülənin Azərbaycandakı emissarlarının zaman-zaman təqib olunduqlarını müşahidə etsək də onlardan bəziləri hədəf olmaqdan yayına biliblər. Bu barədə məlumatlı mənbə xəbər verib.

Xəbəri verən qaynaq iddia edir ki, onlardan biri Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri olmuş Elşad Isgəndərov, digəri isə hazırda da qeyd olunan dövlət komitəsində sədr müavini işləyən Səyavuş Heydərovdur.

Mənbənin söylədikləri: "Elşad İsgəndərov bu gün də Gülənin şətiri altında beynəlxalq alımdı böyük nüfuz sahibidir. Hətta onun gülənçilər tərəfindən dəstəklənən biznesi də var ki, bu barədə rəsmi Bakı da məlumatlıdır. Amma nədənsə hansısa tədbir görülmür.

Səyavuş Heydərova gəlincə isə ləğv edilmiş MTN-dən DQİDK- transfer olunan bu adam kifayət qədər qaranlıq əlaqələrə malikdir. Yəqin ki, onunla bağlı müvafiq qurumların əlində yetərli faktlar və nəzarət imkanları var. Hər halda Fətullah Gülənin Türkiyədə çıxardığı hoqqaları kimsə unutmayıb. Bu zameə olduqca təhlükəlidir. Və Azərbaycanda da heç də sağlam təşəbbüslərə malik deyillər. Əgər hansısa məmurun onlarla əlaqəsi ehtimalı varsa, bu məsələ ciddi şəkildə araşdırılmalıdır".

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ