ABŞ-nin İrana hücumunun təfərrüatı: Qolf klubda verilən razılıq, Əraqçiyə göndərilən məktub
ABŞ prezidenti Donald Tramp iyunun 21-də Bedminsterdəki qolf klubunda olarkən İranın nüvə obyektlərinə zərbə endirmə əməliyyatına yekun razılıq verib.
Bu barədə öz mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.
Hücumun baş verə bilməyəcəyi ilə bağlı açıq bəyanatlara baxmayaraq, Amerika lideri iyunun 20-də müdafiə naziri Pit Heqsete ABŞ-dan “B-2” strateji bombardmançılarını əməliyyata göndərməyi əmr edib.
Saatlar sonra təyyarələr Missuri ştatındakı hava bazasından havaya qalxıb, bəziləri isə diqqəti yayındırmaq üçün saxta hədəflərə doğru gediblər. Bir qolf klubunda Amerika liderinə məlumat verilib ki, bombardmançılar geri dönüş nöqtəsi deyilən nöqtəyə - tam radio səssizliyinə keçəcəkləri ana çatmaq üzrədirlər. Prezident də İranın nüvə obyektlərinə zərbələr endirmək üçün son icazə verib.

Tramp qısa müddət sonra Vaşinqtona qayıdıb. Ağ Evdə onun milli təhlükəsizlik komandası əməliyyatla bağlı məlumatlandırılıb. Zərbə anında ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın xarici işlər naziri Abbas Əraqçiyə mesaj göndərərək əməliyyatın birdəfəlik olduğunu və yalnız Tehranın nüvə proqramı ilə məhdudlaşdığını açıq şəkildə bildirib.

Stiven Uitkoff əlavə edib ki, Birləşmiş Ştatlar hələ də diplomatik həll yolu axtarır və indi İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərini məhv etdikdən sonra danışıqlar masasına qayıtmasını istəyir. Artıq ABŞ-nin danışıqlar aparmaq təklifinə cavab olaraq İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gəlib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Tramp ona məxsus sosial şəbəkə hesabında hücumlarla bağlı belə yazıb: “Peyk görüntülərindən göründüyü kimi, İrandakı bütün nüvə obyektlərinə monumental ziyan dəyib. Məhv etmək düzgün termindir!. Ən pis zərər yer səviyyəsindən çox aşağıda verilmişdir”.(Report) XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır