Britaniyalı nazir: ABŞ-nin İrana endirdiyi zərbələrdə iştirak etməmişik
Böyük Britaniya ABŞ-nin İrana endirdiyi zərbələrdə iştirak etməyib, lakin Vaşinqton tərəfindən hücum barədə məlumatlandırılıb.
Bunu Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds "Sky News" telekanalının efirində deyib.
"Əmin edim ki, Böyük Britaniya bu hücumlarda iştirak etməyib", - nazir bildirib.
O qeyd edib ki, Vaşinqton Hind okeanının mərkəzi hissəsindəki eyniadlı adada yerləşən Britaniya-Amerika Birləşmiş Ştatlarının Dieqo Qarsiya hərbi bazasından və ya Krallığln Hərbi Hava Qüvvələrinin Kiprdəki bazalarından istifadə tələb etməyib.
Nazir həmçinin vurğulayıb ki, britaniyalıların bölgədən çıxarılması üçün yaxın saatlarda repatriasiya uçuşları təşkil edilməlidir.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə daha çox hücumla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edərək bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır