SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edildi

Xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edildi

Tarix:

11-06-2025, 12:52

/ 111 dəfə oxundu.
Xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edildi

Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, xəstələr şəhərdəki digər tibb müəssisəsinə köçürülür.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına 1 Saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemlərə yol açıb.

Hazırda xəstəxananın reanimasiya şöbəsində olan pasiyentlər Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür.

İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub.

Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.

Şərhlər

XƏBƏR LENTİ