Ermənistanın baş naziri: İrəvan Bakıdan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır

Hazırda Ermənistan Azərbaycandan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır.
Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bu gün “Hökumət saatı” zamanı bildirib.
"Biz bütün halları (Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması) araşdırmağa hazırıq, bu mesajı diplomatik kanallarla göndərmişik və göndəririk. Biz, həmçinin eyni kanallar vasitəsilə bir sıra məlumatlar almışıq və vəziyyəti daha aydın şəkildə başa düşmək üçün tam ciddiyyət və səmimiyyətlə araşdırma aparırıq", - o deyib.
Paşinyan tərəflərdən heç birinin eskalasiya niyyətini bəyan etmədiyinə diqqət çəkib. O, bu yanaşmanı düzgün və sülh gündəliyinin məntiqinə uyğun hesab edib. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır