Kaxa Kaladze: ABŞ və Avropa ilə münasibətləri bərpa etməyə hazırıq
Gürcüstan hökuməti ABŞ və Avropa ilə münasibətləri bərpa etməyə hazırdır.
Bunu Tbilisinin meri Kaxa Kaladze deyib.
O qeyd edib ki, son üç il Gürcüstan üçün çox çətin olub, lakin ictimaiyyət ölkənin üzləşdiyi çətinlikləri tədricən dərk edib:
“Biz dəfələrlə münasibətlərin normallaşmasını alqışlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu müddət ərzində biz öz maraqlarımızı, ölkəmizi müdafiə etdik, heç kimə Gürcüstandan öz məqsədləri üçün istifadə etməyə imkan vermədik. Nəticədə xalq hər şeyi başa düşdü, bizi dəstəklədi və biz birlikdə ölkə üçün böyük fəlakətin qarşısını ala bildik”.
“Xalqın Gücü” Partiyasının üzvü Tamar Çiburdanidze isə hesab edir ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına qarşı aqressiv siyasəti aktivləşdirərsə və Avropa ölkələri Amerikanın təsirindən azad olma uğrunda mübarizə apararsa, yeni ittifaqın yaradılması qaçılmaz olacaq:
“Bu proseslər fonunda məntiqi sual yaranır. Uzunmüddətli perspektivdə Avropa İttifaqı əsasında yeni birliyin yaradılması istiqamətində proseslər gedirmi?”.
Tamar Çiburdanidze qeyd edib ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra Avropa İttifaqı məsələsi Trampın gündəmində olacaq və bu, Rusiya-Ukrayna müharibəsini bitirməkdən daha çətin və gərgin mübarizə olacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır