Şolts: ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək

ABŞ administrasiyası Ukraynanı dəstəkləməyə davam edəcək.
Bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bildirib.
"ABŞ müdafiə nazirindən və bir çox başqalarından eşitdiyimiz odur ki, onlar Ukraynanı dəstəkləməyə davam edəcəklər. Bu, Rusiya üçün zəruri mesajdır ki, o, dəstəyin azalacağına ümid edə bilməz. Bizim dəstəyimizi alan güclü Ukrayna Rusiya üçün güclü mesajdır", - O.Şolts bildirib.
O vurğulayıb ki, NATO yeni üzvlər qəbul etməklə öz mövqelərini yalnız möhkəmləndirir.
Almaniya Kanslerinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı arasında təhlükəsizlik sahəsində parçalanma yoxdur: “Biz həmişə bu prosesə cəlb olunmuşuq. Avropa ölkələrinə qarşı hər hansı təcavüz olarsa, ABŞ mütləq təhlükəsizlik məsələsində dəstək göstərməyə cəlb olunacaq”. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır