Fransa I rübdə Ukraynaya “Mirage” qırıcıları göndərəcək

Fransa bu ilin I rübü ərzində Ukraynaya “Mirage” qırıcıları göndərəcək.
Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
"Fransanın “Mirage” təyyarələri yaxın vaxtlarda Ukrayna səmasında olacaq. Bu, birinci rübün sonunda baş verəcək”, - nazir bildirib.
Barro münaqişə bitdikdən sonra Fransanın Ukraynaya hərbçilərini göndərib-göndərməyəcəyi ilə bağlı suala cavab verməyib. "Biz hərtərəfli iştiraka hazırlaşmalıyıq və burada Fransanı, Avropanı və müəyyən dərəcədə ABŞ-ni nəzərdə tuturam. Həmçinin, Ukraynada sülhə zəmanət verilməsini təmin etməliyik", - o deyib. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır