Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib.
Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv ölkələrin parlamentləri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.
Konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) direktoru Abbas Abbasov və BTQ-nin İdarə Heyətinin üzvü, Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jean-Jacob Bicep də iştirak edib.
J-J.Bicep tədbirdə səsləndirdiyi bəyanatda təmsil etdiyi Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən söhbət açaraq, onun kolonializm altında yaşayan xalqlara dekolonizasiya prosesinə dəstək göstərdiyini vurğulayıb və xüsusda Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.
J-J.Bicep xüsusilə Fransanın bu gün yürütdüyü kolonializm siyasətini qabardaraq, Fransa hökumətinin bu siyasəti nəticəsində müstəmləkə altında yaşayan xalqların ciddi iqlim problemləri ilə üzləşdiyini bildirib. O, Fransanı müstəmləkəçi ölkə kimi öz məsuliyyətini daşımağa, qanunsuzluqlara son qoyulmasını tələb edib.
Xatırladaq ki, BTQ Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ-nin fəaliyyəti XXI əsrdə dünyada hələ də davam edən kolonializm və neokolonializmdən əziyyət çəkən xalqlara ədalətli mübarizələrində davamlı dəstək göstərməkdir.
XalqXeber.Az



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır