SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » KİV: "Ərdoğan Vaşinqtona gedə bilər, Ankara ilə Vaşinqton arasında gərginlik azalıb"

KİV: "Ərdoğan Vaşinqtona gedə bilər, Ankara ilə Vaşinqton arasında gərginlik azalıb"

Tarix:

2-02-2024, 11:12

/ 362 dəfə oxundu.
KİV: "Ərdoğan Vaşinqtona gedə bilər, Ankara ilə Vaşinqton arasında gərginlik azalıb"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə gedə bilər.

Bu barədə Türkiyənin “Hürriyət” nəşri yazıb.

Bildirilib ki, ABŞ Prezidenti Cozef Baydenin həmkarını Vaşinqtona dəvət etməsi mümkündür.

Qeyd olunub ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqlədikdən sonra Ankara ilə Vaşinqton arasındakı gərginlik azalıb: “Əgər ABŞ F-16-larla bağlı irəliyə doğru addım atarsa, yeni vəziyyət yaranacaq”.

Nəşrin məlumatına görə, liderlər Yaxın Şərqdəki durumu, NATO-nun genişlənməsini, həmçinin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü müzakirə edə bilərlər.

Qeyd edək ki, R.T.Ərdoğan yanvarın 25-də İsveçin Alyansa üzvlüyünü rəsmi olaraq təsdiq edib. Bundan sonra qırıcıların Türkiyəyə tədarükü ilə bağlı Ağ Ev Konqresə müraciət göndərib.

Şərhlər

XƏBƏR LENTİ