Suqovuşanın işğaldan azad edilməsindən 1 il ötür
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin erməni işğalından azad edilməsindən bir il ötür.
"Xalqxeber.az" xəbər verir ki, 2 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutub.
Azərbaycan Ordusu 3 oktyabr tarixində Tərtər rayonunun Talış və Madagiz kəndlərini tamamilə işğaldan azad edib.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülüb.
Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib.
Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirir. Azərbaycanın Suqovuşan su anbarını ələ keçirməklə düşmənin enerji potensialına zərbə vurulmuş, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
Prezident İlham Əliyevin oktyabrın 3-də verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edilib.
"Suqovuşanın azad olunmasına görə" medalı təsis edilib və Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır