Londonda milyonlarla dollarlıq evlər almaq istəyən azərbaycanlı müştərilər
Londonun daşınmaz əmlak bazarında koronavirus pandemiyası ilə bağlı yaranmış süstlük yeni canlanma ilə əvəzlənib və “dumanlı albion”da dəyəri milyonlarla dollar olan mənzil almaq istəyən xarici ölkə vətəndaşlarının sayında yenidən artım müşahidə olunur.
Onların arasında Azərbaycandan olan müştərilər də var.
Britaniyanın “Estate Agent Today” portalı yazır ki, Londonun tanınmış daşınmaz əmlak agenti şəhərə daha çox xarici müştərilərin qayıtdığını deyir. Və gözləyir ki, sentyabr ayında onların sayı daha da artacaq.
“Eccord” daşınmaz əmlak agentliyinin icraçı direktoru Co Ekkls bildirir ki, hazırda o, İsrail, Azərbaycan, Avstraliya və Amerikadan olan müştərilərlə işləyir. Həmin müştərilər 2.5 milyon funt sterlinqdən 10 milyon funt sterlinqə qədər dəyərində evlər almaq üçün sifarişlər veriblər.
Co Ekkls deyir ki, postpandemiya vəziyyətində daşınmaz əmlakın qiyməti də artır. Böyük Britaniyanın təhsil sistemi və Londonun şəhər kimi cəlbediciliyi onun daşınmaz əmlakını yenidən cəlbedici edir. Varlı əcnəbilər ailələrini, uşaqlarını Londonda yerləşdirirlər və ya orada elit klublara üzv yazılırlar. Nəticədə özlərinə mənzil alırlar.
Onun sözlərinə görə, bəzi müştərilər özləri ev axtarmağa çalışır, amma tapa bilməyəndə daşınmaz əmlak agentinin xidmətlərinə müraciət edir. Bu da müştərilərin artmasına səbəb olur.
Xatırladaq ki, Böyük Britaniyada qəbul edilmiş yeni qanunlara əsasən bu ölkədə hansısa daşınmaz əmlak və ya diər aktivlər almaq istəyən xaricilər vəsaiti qanuni yolla qazandıqlarını sübut etməlidir.(virtualaz.org)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır