"Azəravtoyol”un sədr müavini Əvəz Qocayev özünə yeni nəhəng “obyekt” tikdirir – VİDEOFAKT
Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev paytaxtın 7-ci mikrorayon ərazisi Cəfər Xəndan küçəsində nəhəng bir obyektin tikintisinə start verib.
"Xalqxeber.az" Azinforum.-a istinadən məlumat verir ki, həmin küçədəki bir çox obyektlər məhz Əvəz Qocayevə məxsusdur. Əvəz Qocayevin tikintiyə başlamağa hazırlaşdığı yer əsasən “Ocaq” restoranının ərazisinə düşür.
Yəni dövlət məmuru bir obyektini söküb, yerində bir başqasını tikəcək. Artıq həmin ərazi söküntü üçün hasarlanıb. Bu işlərə məmurun biznes şəriklərindən olan Namiq adlı şəxs rəhbərlik edəcək.
Bizim Namiq müəllimlə əlaqə saxlayıb vəziyyətlə bağlı ətraflı məlumat almaq cəhdlərimiz alınmadı. Əvəz Qocayevin adı indiyə qədər bir çox korrupsiya əməllərində hallanıb.
Onu hətta “Azəravtoyol” un “qara kassa”sı da adlandırırlar. Təbiidir ki, bir məmur aldığı əməkhaqqı ilə özünə belə səltənət yarada bilməz. Yəqin Əvəz Qocayev korrupsiya yolu ilə əldə etdiyi külli miqdarda vəsaiti bu üsulla biznesə yatırıb, leqallaşdırmaq istəyir.
Həmin ərazidən çəkilən videonu təqdim edirik:
P. S. Məqalədə qeyd edilən bütün faktlar mediada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.Azinforum.az XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır