Qaxda narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. .
Qaxda narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. .
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Qədirov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin (“patı”) aşkarlanıb.
N.Qədirovun ətrafında davam etdirilən tədbirlərlə onun həmin psixotrop maddəni Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunmuş Nəriman Qurbanəliyevdən 50 manata aldığı müəyyən edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində N.Qurbanəliyev də şübhəli şəxs qismində saxlanılıb. Onun Qaxbaş kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan kağız və sellofan bükümlərdə narkotik vasitə olan heroin, elektron tərəzilər, eləcə də metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır