ELÇİN BABAYEVİN BDU-DA “VOR ZAKON” İDARƏÇİLİYİNDƏN FAKTLAR…
[hide][/hide]Bakı Dövlət Universitetində rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevlə komendant Şahlar Bəgalıyevin suvaqçı-rəngsaz İsmixan Mirzəyev tərəfindən bıçaqlanmasının detalları bilinib.
Buna səbəb müşavir M.Mirzəyevin universitetin rəngsazı İsmixanı öz kabinetinə çağıraraq işdən çıxarıldığını söyləməsi olub. Bundan əsəbləşən rəngsaz müşavirin stolunun üstündəki meyvə bıçağını götürərək onu vurub. Səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan onu da bıçaqlayıb.
Bu, rektor Elçin Babayevin fəaliyyətinə yazılan ən ciddi mənfi xaldır. Abel Məhərrəmov uzun illər rektor işləsə də, BDU-da belə hal olmamışdı.
Məlumatda deyilir ki, bir çox kafedralarda elm xadimlərinin müxtəlif vasitələrlə işdən uzaqlaşdırılması ciddi etirazlar doğurur. Ümumiyyətlə rektorun kadr siyasəti çoxsaylı insidentlərlə yadda qalmaqdadır. Görünür, növbəti belə insident artıq qanlı sonluqla nəticələnib.
BDU-nun 100 illik yubileyində rektor təyin olunan Elçin Babayevin idarəçiliyi qocaman elm ocağını acınacaqlı duruma salıb. “Rektorun yaxın çevrəsinə daxil olan qohumları, dostları, sevdikləri BDU-da yüksək vəzifələrə gətiriliblər.
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır