SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Kənd təsərrüfatının inkişafına kimlər mane olur? - GƏLİŞMƏ

Kənd təsərrüfatının inkişafına kimlər mane olur? - GƏLİŞMƏ

Tarix:

30-06-2021, 16:55

/ 944 dəfə oxundu.
Kənd təsərrüfatının inkişafına kimlər mane olur? - GƏLİŞMƏ

Ölkədə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi və bu sektorun stimmullaşdırılması üçün dövlət tərəfindən çox böyük maliyyə vəsaitləri ayrılıb. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərə dövlət dəstəyini təmin etmək üçün onlara subsidiyaların və güzəştli kreditlərin verilməsi bunun bariz nümunəsidir. Üstəlik kadr islahatlarının həyata keçirilməsi də, bu sahədə inkişafın və şəffaflığın təmin olunması istiqamətlənən addımlardan biri kimi dəyərləndirilir. Lakin təəssüflər olsun ki, atılan addımlar və görülən işlər bu sahənin yetərincə inkişafına səbəb olmayıb, əksinə kənd təsərrüfatı sektoru uzun illərdir ki yerində sayır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, aqrar sektorda son zamanlar fiziki artımın olması görünür. Amma bu sektordakı xroniki problemlər hələ də qalmaqdadır: “Yəni keçən ilə nisbətən bu ilin ilk beş ayında müəyyən artım müşahidə olunsa da, yeni bazarlara çıxış imkanları hələ də məhduddur. Rusiya bazarından asılılıq ciddi şəkildə qalmaqdadır. Suvarma probleminin həlli ilə bağlı hələki irəliləyiş əldə olunmayıb. Eyni zamanda inkişaf etmiş aqrar ölkələrə nisbətən Azərbaycanda məhsuldarlıq kifayət qədər aşağı səviyyədədir. Bütün bunlar onu deməyə əsas verir ki, aqrar sektordakı mövcud problemlər və fundamental yanaşmalar dəyişməlidir. Yəni əl əməyindən istifafdə azalmalıdır, seleksiya işləri gücləndirilməlidir , suvarma problemləri həll edilməlidir və ən əsası isə yeni bazarlara çıxış imkanları əldə olunmalıdır”.

Natiq Cəfərli müxalifəti yıxıb sürüdüNatiq Cəfərli əlavə edib ki, Rusiya bazarlarından asılılıq Azərbaycanın kənd təsərrüfatında çalışan insanlara kifayət qədər problemlər yaradır: “Daxili bazarlarda da kifayət qədər problemlər mövcuddur. Hökumət “Tarladan- süfrəyə” konsepsiyasını elan etsə də, bunu həyata keçirə bilmir. Ona görə də, fermerlər birbaşa bazara çıxış imkanlarının məhdudluğu səbəbindən, öz qapılarından məhsulu çox ucuz qiymətə satmağa məcbur olurlar. Bu da onların gəlirliliyinə və stimmullaşdırılmasına mənfi təsir göstərir. Buna görə də, “Tarladan- süfrəyə” konsepsiyasının yerinə yetirilməsi üçün fermerlərin birbaşa çıxış imkanları genişləndirilməlidir”.

Şərhlər

XƏBƏR LENTİ