Rafel Cəbrayılov dövlət hesabına tutulmuş vəkildən İMTİNA ETDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə hazırlıq iclası keçirilib.
Rafael Cəbrayılov onun üçün dövlət hesabına tutulmuş vəkildən imtina edib.
Keçmiş deputat bildirib ki, onun hüquqlarını ailəsinin müqavilə bağladığı vəkil müdafiə edəcək. Həmin vəkil isə prosesdə media nümayəndələrinin iştirakını qəbul etməyib. O, həmçinin hakimdən xahiş edib ki, proses zamanı audioyazı və videoçəkilişə icazə verilməsin.
Hakim də öz növbəsində audioyazı və videoçəkilişin qadağan olduğunu bildirib. Bununla belə, o, prosesin açıq keçirildiyini və jurnalistlərin də iştirak hüququnun olduğunu xatırladıb.
Rafael Cəbrayılovun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Keçmiş deputat onlardan toplam olaraq 2 milyon 571 manat pul alıb.
Hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib. Tərəflər məhkəmə tərkibinə etiraz etməyiblər. Məhkəmə baxışı iyunun 30-nə təyin edilib.
Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rafael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır