SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » DTX-nın həbsdəki generalla bağlı göndərdiyi sənəd açıqlandı - DOSYE

DTX-nın həbsdəki generalla bağlı göndərdiyi sənəd açıqlandı - DOSYE

Tarix:

12-05-2017, 18:10

/ 104 569 dəfə oxundu.
DTX-nın həbsdəki generalla bağlı göndərdiyi sənəd açıqlandı - DOSYE

Dövlət Təhlükəsizliyi Xidməti ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiteror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin xidməti fəaliyyəti ilə bağlı istintaq orqanlarına sənəd göndərib.

Məlumata görə, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin məktubu var ittiham aktına əlavə edilib.

Məktubda qeyd edilir ki, Elçin Quliyev ailəlidir, 1992-ci ildən etibarən ləğv olunmuş MTN-ə hərbi xidmətə qəbul edilib. Onun sonuncu iş yeri MTN-nin H.Əliyev adına Akademiyasının 3-cü fakultəsinin 11 saylı xüsusi kafedrasının rəisi vəzifəsində işləyib.

Məktubda bildirilir ki, general xidmət etdiyi müddət ərzində 30 dəfə müxtəlif növ mükafatlara layiq görülüb, xidmətdə olduğu dövrdə bir dəfə intizam cəzası alıb.

Antiterror Mərkəzinin rəisi vəzifəsində işlədiyi dövrdə E.Quliyev tabeliyindəki ayrı-ayrı xətt və sahələr üzrə fəaliyyət göstərən struktur bölmələrdə ümumi əməliyyat xidməti səriştəli və məqsədyönlü təşkil olunmayıb.

DTX-nın verdiyi rəyə görə, E.Quliyev müvafiq hüquqi aktların tələbləri ilə ziddiyyət təşkil edən bir çox kobud pozuntulara yol verib, əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlıq məsələləri, eləcə də icra intizamı yarıtmaz vəziyyətdə olub. Hətta əlaqədəki məxfi mənbələrlə işlər düzgün qurulmayıb, əksər hallarda formal xarakter daşıyıb. Onlardan alınan məlumatlar əməliyyat əhəmiyyətliliyi baxımdan qeyri-qənaətbəxş olub və əsasən qarşıya qoyulan tapşırıqların icrası üçün kifayət qədər tutarlı olmayıb.

O da bildirilir ki, bu sahədə görülən işlər və yerinə yetirilən tədbirlər düzgün və dolğun sənədləşdirilməyib. Müəyyən hallarda reallığı əks etdirməyib.

Şərhlər

XƏBƏR LENTİ