
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tanınmış cüdoçu Rüstəm Orucovun rütbəsini qaldırıb.
Olimpiya mükafatçısı bu barədə "feysbuk"da paylaşım edib:
"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən növbəti "Baş Leytenant" hərbi rütbəsinə layiq görüldüm. Sərhədçi İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini idman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən təltifləndim. Azərbaycan Respublikasına xidmət edirəm!"
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin sərəncamı ilə tanınmış idmançı Nicat Şıxəlizadənin də rütbəsi artırılmışdı. DSX-də xidmət edən, kapitan N.Şıxəlizadə "mayor" rütbəsinə layiq görülmüşdü.