Tikintidə həlak olan fəhlələrin can pulu ödənmir
Son 4 gündə 2-ci hadisədir ki, fəhlə hündürlükdən yıxılaraq faciəvi şəkildə həyatını itirir.
19 fevral tarixində Nərimanov rayonunda qeydə alınan ilk ölüm hadisəsi eynilə bu gün "Sədərək" TM-də baş verən hadisəyə bənzərdir. Tikinti işləri aparan fəhlə hündürlükdən yıxılaraq hadisə yerində ölüb...
Məlum olur ki, fəhlələrin nəinki sığortası, heç əmək müqaviləsi də yoxdur. Şirkətlər isə asanca belə ölüm hallarından yaxa qurtarırlar. Halbuki, onlar işə götürdükləri şəxslərin təhlükəsizlik qaydalarını, həyat sığortalarını təmin etmək məcburiyyətindədirlər.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Şərq"ə açıqlamasında bildirdi ki, bu halda işəgötürən tərəf aylıq kompensasiya ödəməlidir:
"İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi halları ilə bağlı icbari sığorta haqqında qanun var. Əmək müqaviləsi ilə işləyənlər bu qanun çərçivəsində müvafiq iş qrupları üzrə işəgötürən tərəfindən sığortalanırlar.
Əgər əmək müqaviləsi yoxdursa, hər iki tərəf qeyri-formal əmək bazarının iştirakçısı olub hadisə istehsalatda baş veribsə, bu işi dövlət komissiyası həll etməlidir.
Əlbəttə ki, işəgötürən tərəfin bununla bağlı ayrıca məsuliyyəti var. Eyni zamanda zərərçəkən şəxsin aldığı əməkhaqqı müəyyənləşdirilməklə ona aylıq kompensasiya verilməlidir.
Bəzi hallarda müxtəlif işbazlar əvvəlcə ailəyə bir qədər pul verib sonra da aradan çıxırlar. Amma ailə bununla razılaşmalı deyil. Məhkəməyə gedərək üç məsələni müəyyənləşdirməlidir;
Şəxsin orada işləməsini, ikincisi, hadisənin həmin iş yerində baş verməsini və həmin şəxsin orta əməkhaqqının miqdarı. Bu üç amil məhkəmə qərarı ilə müəyyənləşdirilir və onun qərarı ilə ona və yaxud ölüm halı olarsa, onun vərəsələrinə kompensasiya təyin olunur. Zərərçəkən şəxs təqaüd yaşına çatana qədər həmin kompensasiyanı alır".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır