SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Heydər Əliyev siyasəti ölkədə uğurla davam etdirilir - Fəttah Heydərov

Heydər Əliyev siyasəti ölkədə uğurla davam etdirilir - Fəttah Heydərov

Tarix:

4-05-2017, 12:51

/ 140 441 dəfə oxundu.
Heydər Əliyev siyasəti ölkədə uğurla davam etdirilir - Fəttah Heydərov

"Heydər Əliyev siyasəti ölkədə uğurla davam etdirilir ".

Bunu Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirdə deyib.

O vurğulayıb ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün yanaşmalar dəyişib: "O, Azərbaycanda böyük iqtisadi inqilab həyata keçirib. Ulu öndərin gəlişindən sonra Azərbaycan iri addımlarla gələcəyə addımlayırdı. H.Əliyev daim gəncliyə güvənirdi".

F.Heydərov əlavə edib ki, nə yaxşı ki, bizim ağıllı gənclərimiz onun ətrafında oldu: "Biz bu tarixi unutmamalıyıq. Düşmənlərimiz burnumuzun ucundadır. Bütün beynəlxalq qərarların Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını tələb etməsinə baxmayaraq, bu gün Azərbaycan ikili standartlara məruz qalır.

Ulu öndərin başladığı yol, Azərbaycanın dünyada tanıdılması üçün uğurla davam etdirilir. Yəqin ki yaxın vaxtlarda bizim həyatımızda yeni hadisələr olacaq".

Şərhlər

XƏBƏR LENTİ