SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Abid Şərifovun nəvəsi "Səki Park”ı tikdirmək üçün vəsaiti hardan alıb?

Abid Şərifovun nəvəsi "Səki Park”ı tikdirmək üçün vəsaiti hardan alıb?

Tarix:

12-02-2021, 11:18

/ 1 218 dəfə oxundu.
Abid Şərifovun nəvəsi "Səki Park”ı tikdirmək üçün vəsaiti hardan alıb?

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun "Səki Park” otelinə sahib olması ilə bağlı məlumat yayılıb.

Ölkə KİV-ləri yazır ki, "Səki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.

Abid Şərifov məsələyə münasibət bildirərkən deyib: "Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?"

ABŞ-ın Rutgers Universitetinin professoru, iqtisadçı-alim Qubad İbadoğlunun sözlərinə görə, Abid Şərifovun açıqlamasından belə nəticə çıxır ki, məndən niyə yazırsınız, məndən də böyükləri var, gedin, onlardan yazın. Yəni A. Şərifovun məntiqi ilə balaca oğurluq (əgər "Şəki Park"a balaca demək mümkündürsə) oğurluq deyil, oğrular daha böyük biznesə malik olanlardır.

Q. İbadoğlu daha sonra əlavə edib:

“Baxın, bu təfəkkürün sahibi Azərbaycanda 23 il Baş nazirin müavini vəzifəsində çalışıb.

Abid Şərifov, oğurluğun xırdası və irisi olmur, hamısı oğurluqdur, cinayətdir, o sıradan nəvənin tikdikləri də sənin xalqdan və dövlətdən oğurladığın vəsaitlərin hesabınadır. Çox böyük ehtimalla "Səki Park” oteli sizin oğurladığınızın çox xırda hissəsinə başa gəlib, necə deyərlər, babadan nəvəyə "pay" olub, amma böyük günah edib, onu da haram işlərinizə qarışdırırsınız, pulunuz varsa, ona yaxşı təhsil verin ki, sizdən sonra daimi gərəyi olsun. Yoxsa, bu hakimiyyət dövründə "Səki Park” otelini də siz öləndən sonra nəvənizin əlindən alacaqlar. Sadəcə, indiki pandemiya dövrünə hotellər hələ heç kimi maraqlandırmır”.

Q. İbadoğlu sonda A. Şərifov barəsində yazıb: “Allahdan sizə daha uzun ömür arzulayım ki, Azərbaycan xalqı sizin dövlətdən mənimsədiklərinizə görə ədalət məhkəməsində mühakimə olunmağınızı görsün. Yoxsa, rahat yaşayıb, asan ölməyiniz çox böyük ədalətsizlik olardı”.(reyting.az)

Şərhlər

XƏBƏR LENTİ