XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Düşmənin Azərbaycanda BANK HOQQABAZLIĞI... - Nəyə nail ola bilərlər?

Düşmənin Azərbaycanda BANK HOQQABAZLIĞI... - Nəyə nail ola bilərlər?

Düşmənin Azərbaycanda BANK HOQQABAZLIĞI... - Nəyə nail ola bilərlər?
14-10-2020, 13:42

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərdiyini qeydə alıb. “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda, guya, Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilib.

Məsələ ilə bağlı "Şərq"ə açıqlama verən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov bildirib ki, Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı barədə yayılan xəbərlər yalnız təxribat xarakterlidir. Ekspert diqqətə çatdırıb ki, düşmən tərəfinin bu məlumatları yaymaqda əsas məqsədi ölkəmizi iqtisadi baxımdan zəiflətməyə çalışmaq istəməsidir:

"Bu gün Azərbaycanın Ermənistandan əsas üstünlüklərindən biri də iqtisadi qüdrətidir. Ermənilərin oğru olduğu artıq bizə çoxdan məlumdur. Ən böyük nümunə odur ki, artıq 30 ilə yaxındır ki, torpaqlarımızı oğurlayıblar.

Ancaq bank hesablarımızdan pul oğurlanmaqlarına məsələsinə gəlincə, buna birincisi ağıl, ikincisi bilik lazımdır. Hələ dünyada erməni hakerlərinin qeyri-adi biliklərə, qabiliyyətə sahib olması barədə heç bir məlumat yoxdur. Bizim bank sistemimizdə təbii ki, informasiyalar, texnologiyalar və təhlükəsizlik baxımından müəyyən problemlər var.

Amma bu o demək deyil ki, ermənilər elə dedikləri kimi rahatlıqla pul çıxara bilərlər. Bu sadəcə iqtisadi xarakterli təxribatdır. Əsas məqsədləri Azərbaycanda panika yaratsınlar və nəticədə vətəndaşlarımız gedib banklardan öz əmanətlərini çıxartsınlar".

İqtisadçı-ekspert qeyd edib ki, əgər bu cür hadisə baş verərsə, belə banklar əmanətçilərin pullarını tam şəkildə qaytaracaq:

"Bu gün Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var, yəni bank əmanətlərindən qat-qat çoxdur. İstənilən anda dövlətimiz banklarımıza dəstək verə bilər. Hətta bizə ünvanlanan suallar arasında olur ki, müharibə dövründə dövlətin ixtiyarı varmı ki, bank əmanətlərinin bir hissəsini müsadirə etsin. Əlbəttə ki, yoxdur. İstənilən halda bank əmanətləri müştərilərin özlərinə tamlıqla qaytaracaq".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.