SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Həbs olunun icra başçısnın həyatı və korrupsiyası - İlginc faktlar

Həbs olunun icra başçısnın həyatı və korrupsiyası - İlginc faktlar

Tarix:

20-08-2020, 01:11

/ 1 228 dəfə oxundu.
Həbs olunun icra başçısnın həyatı və korrupsiyası - İlginc faktlar

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov və daha bir neçə məsul şəxs saxlanılıb.

Həbs edilən Kürdəmir RİH başçısının biznes imperiyası, maxinasiyaları, qanunsuz əməlləri, daşınan və daşınmaz əmlakı barədə ilginc faktlar…

“Ölkə.Az”-ın apardığı qısa araşdırma nəticəsində ortaya çox ilginc məlumatlar ortaya çıxıb. Fəaliyyəti müddətində əyləşdiyi kresloya ancaq şəxsi gəlir mənbəyi kimi baxdığından çoxsaylı qanunsuz əməllərə yol verdiyi, öz gələcək şəxsi maraqlarını təmin etmək, var-dövlət toplamaq olduğu bəlli olur. Araşdırma nəticəsində bəlli oldu ki, icra başçısının nəinki Azərbaycanda çoxsaylı daşınan və daşınmaz mülkləri, beznes imperiyasımövcuddur. Hətta xarici ölkələrdə də belə onun biznes imperiyası ortaya çıxdı.

Araşdırma nəticəsində o da bəlli oldu ki, Kürdəmir RİH başçısı hələ xeyli müddət bundan öncə həbs olunacağından xəbərdar olub. O hətta otağına kamera qoyulduğundan da xəbər tutub.

Odur ki, sayt olaraq ötən müddət ərzində Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun qanunsuz əməlləri barədə yazılan yazılardakı faktları qeyd etməklə fəaliyyətinə diqqət yetirmək istədik. Bu faktlar onun qanunsuz əməllərinin yüdə biridir. Araşdırma aparılsa daha yüzlərlə belə faktlar ortaya çıxar.

Keçək faktlara… “Sözçü.az”ın 2020-ci ilin fevralın 22-də yazdığı “Kürdəmir və Şirvan icra başçıları otağında kamera tapdı?- Təcili tibbi yardım çağırdı” başlıqlı məqaləsində qeyd olunur ki, DTX-nın Neftçalada həyata keçirdiyi əməliyyatdan sonra iki icra başçı məlum vəziyyətdən təşvişə düşüb. Onlar otaqlarında gizli kamera axtarıblar və bundan şübhələniblər.

“Bildirilir ki, Şirvan və Kürdəmir icra başçıları ya iş otaqlarını dəyişir ya da artıq iş otaqlarındakı seyfi boşaldıb, lazımlı sənədləri “sahmana” salırlar.

Kürdəmir icra başçısı Ceyhun Cəfərovla bağlı da xəbərlər yaxşı deyil. Yaxın əqrabası Vidadi Zeynalovun əmlakının yenidən araşdırılması və həbs təhlükəsi icra başçısın təşvişə salıb. Rayon rəhbərinin illərdir yaxın qohumu Vidadi Zeynalovla olan biznesinin çöküşü və Kürdəmirdə yaşanan kütləvi narazılıqlar C. Cəfərovun aqibətinin də yaxşı olmayacağından xəbər verir.

İddiaya görə, bir neçə gündür həyacan keçirən icra başçısı yerli məmurları otağına yığaraq sədaqət və etibarlı olmaq dərsi keçib. Və otaqlarını diqqətdən keçirmələrini tapşırıb. Məlumata görə, yerli məmurları yüksək aylıq haqqdan azad edəcəyini söz verən rayon rəhbəri onları birlik olmağa çağırıb.

Qeyd edək ki, səhər işə gələn Şirvan və Kürdəmir icra başçıları öz iş otağında saatlarla kamera axtarıblar. Məlumatı verən mənbə bildirir ki, səhər saatlarından bütün otağı yaxın adamları ilə axtaran icra başçılarının kamera tapıb – tapmadığı bəlli deyil. Amma, görünən odur ki,hər iki icra başçıların DTX xofundan ciddi təşvişə düşmələri səbəbsiz deyil.

Onun bildirək ki, hər iki icra başçısının bu vəzifədə işlədiyi müddətdə, Bakı şəhərində çox sayda obyektləri, bina evləri, hektarlarla ərazidə bağ evi, əkin sahələri, və sair bahalı mülklərə sahib olduğu da iddia edilir”- sayt yazır.

“Xural.com”un hələ bir neçə il öncə yazdığı bir məqalədə Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun biznes imperiyasəndan söz açılır. Portalda gedən “Vidadi Zeynalovun icra başçısı-ARAŞDIRMA” başlıqlı məqaləsində isə Ceyhun Cəfərovun yaxın qohumuRabitə və Texnologiyalar Nazirliyinin Aparat sabiq rəhbəri Vidadi Zeynalova birlikdə xarici ölkələrdəki biznes fəaliyyətinə yer ayrılıb. “Əsas biznesi Avropada, daha dəqiq Çexiya Respublikasında yerləşib. Şərqi Avropa ilə Qərbi Avropanın ortasında yerləşən bu kiçik dövlət sahibkarlıq, biznes üçün sərfəli bir ölkədir. Məlumatda qeyd olunur ki, Vidadi Zeynalov qaynı Tərtər rayonun sabiq icra başçısı, hal hazırda isə Kürdəmir rayon icra başçısı olan Ceyhun Cəfərovla birlikdə Çexiyanın Praqa və Borno şəhərlərində otelçilik biznesi yaradıblar. Aparat rəhbəri ilə icra başçısının Çexiyadakı biznesi təkcə otelçiliklə bitmir. Belə ki, bu iki qohum məmur bu ölkədə bir neçə böyük pub bar və restoran da alıblar. İnformasiya görə Vidadi Zeynalovun Çexiyadakı biznesini Ceyhun Cəfərovun ən yaxın qohumu və dostu idarə edir. Vidadi Zeynalov hər il məzuniyyətini Çexiyada keçirir və buradakı biznesi ilə yaxından maraqlanaraq çatışmayan işləri yoluna qoymağa çalışır. Hər iki məmurun Çexiyadakı otelçilik və pub biznesinə ümumilikdə bir neçə milyon dollar yatırım edildiyi deyilir. Bundan başqa, Vidadi Zeynalovla Ceyhun Cəfərov Çexiyada məşhur istirahət mərkəzi Karlovıy Varyada torpaq sahəsi alaraq burada yan-yana dəbdəbəli iki villa tikdiriblər”- yazıda qeyd olunur.

Məqalədə eyni zamanda C. Cəfərovun bələdiyyə sədri və icra nümayəndlərindən rüşvət tələb etmə haqqı də yer alıb: “Kürdəmirin icra başçısı bələdiyyə sədrlərinə və icra nümayəndələrinə bildirib ki, əgər tələb olunan məbləği verməsələr, o zaman həmin bələdiyyələrdə və icra nümayəndəliyində yoxlamalar aparmaq üçün lazımı instansiyalara müraciət edəcək. Ceyhun Cəfərov bələdiyyələrə sifariş göndərib ki, “əgər onlar saxta sənədlərlə yazdırdıqları torpaq sahələrinə veriləcək yanacaq yardımını icra başçısına verməsələr, yoxlanılmalarına şərait yaradacaq”.

Bələdiyyə sədrləri, icra nümayəndələri Kürdəmir icra başçısının bu “xəbərdar”lığından ciddi şəkildə narahat olublar və Ceyhun Cəfərovun istəyi ilə razılaşıblar. Məlumatlarda o da bildirilir ki, Kürdəmir rayonunda 23 kənddən 1679 nəfərin adına 12420 hektar torpaq sahəsi subsidiya yardımı yazdırılıb. Həmin torpaqların bir hissəsi isə məhz saxta sənədlər əsasında yardım siyahısına salındığı bildirilir…

Bu azmış kimi 2014-ci ilin aprelin 16-da rayona təyin olunmuş icra başçısı Ceyhun Cəfərov 20-yə yaxın kənd icra nümayəndələrinin hər birindən 5 min manat tələb edib. İcra başçısı həmçinin 23 bələdiyyə sədrindən və icra nümyəndəsindən balanslarında olan bəzi torpaq sahələrini saxta sənədlər əsasında subsidiya yardımına yazdırılması maxinasiyasından əldə etdikləri “qazanc”larının yarısını tələb edib. Daxil olan məlumatda göstərilir ki, Kürdəmirin icra başçısı bələdiyyə sədrlərinə və icra nümayəndələrinə bildirib ki, əgər tələb olunan məbləği verməsələr, o zaman həmin bələdiyyələrdə və icra nümayəndəliyində yoxlamalar aparmaq üçün lazımı instansiyalara müraciət edəcək…”.

“Xeberfakt”ın “İcra başçısının "Qlobal-Aqro" maxinasiyası...” başlıqlı yazısında isə maxinasiyanın 2016-cı ildə Kürdəmir rayonunun Pirili kəndi ərazisində yaradılan "Qlobal-Aqro" MMC ilə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında baş verib. “"Qlobal-Aqro" MMC-yə məxsus olan və 2000 hektar ərazidə yaradılan aqroparka ayrılan dövlət vəsaitləri əslində Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Vidadi Zeynalovun digər şərikləri tərəfindən mənimsəyərək sabiq aparat rəhbərinin dövlətə vurduğu milyonlarla zərərin bir hissəsini ödənilməsinə yönləndirilib”.

PİA.azın cari ilin fevralında yazdığı “Ceyhun Cəfərov da həbs oluna bilər” başlıqlı yazınıda onun qanunsuz əməlləri və həbs olunacağını duyduğundan daşınmaz əmlaklarını təcili satışa çıxarılması barədə faktlar yer alıb:

“Kürdəmirdə və Yasamalda iri obyektlərin sahibi olan icra başçısının belə tələskənliyi və qorxusu səbəbsiz deyil. Çünki, icra başçı 90 faiz ilin sonuna qədər vəzifəsi ilə vidalaşacağı deyilir.

İcra başçısı ilə bağlı yuxarıların hərəkətə keçməsi C. Cəfərovun işinə xəyanətindən irəli gəlmdiyi bildirirlir, Ceyhun Cəfərov vaxtı ilə H, Əliyevin büstünə hörmətsizliyi, vahabilərlə işbirliyi, işçilərindən külli-miqdarda rüşvət alıb onların dünyasını dəyişməsinə səbəbkar oliqarx məmur hesab edilir... Hətta deyilənlərə görə, Ceyhun Cəfərov Kürdəmirin tarixini ən tamahkar icra başçısı kimi adını yazdırıb.

Mənbənin dediyinə görə, bütün bunlar onu göstərir ki, mümkün qədər vəsait toplayıb ölkəni tərk etməkdə Ceyhun Cəfərov həmişəkindən daha çox israrlıdır və o bunu ağına–bozuna baxmadan edir. Çünki icra başçısı başa düşüb ki, vaxtı itirmək olmaz, əvvəl -axır onu yaxın qohumu Vidadi Zeynalovun aqibəti gözləyir.

Başının üstünü artıq qara buludlar alan Ceyhun Cəfərov işdən çıxarılaraq, həbs olunmaq təhlükəsi altında daima həyacanda qalmaqdansa, qaçıb getməyə üstünlük verməsi, yuxarıların nəzarətində olduğu da bildirilir. Yəni mal- mülkün təcili satışa çıxaran icra başçısının artıq qaçmağa yeri olmayacağı kəsindir…”.

P.S. Son olaraq onu qeyd edək ki, Ceyhun Cəfərov əz əməlinin cəzasını çəkdi. İstəsə də belə ölkədən qaça bilmədi. Bu digərlərinə də dərs olmalıdır.

Şərhlər

XƏBƏR LENTİ