Karantin ləğv edilib? - ÜST-dən Açıqlama
Son günlərdə ölkə mətbuatında karantin rejiminin ləğvi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) aid olduğu iddia edilən açıqlama yayılıb.
“Report” məsələni araşdırmaq məqsədilə ÜST-ün Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fanara Bünyadzadə ilə əlaqə saxlayıb.
F.Bünyadzadə “Report”a deyib ki, mətbautda yayılan açıqlama təhrifə uğrayıb:
“Bu, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssi Maria van Kerkhovenin hələ avqustun 1-də “Telegraph”a verdiyi müsahibəsindən götürülüb. Lakin onun fikirləri təhrif edilib”.
O qeyd edib ki, müsahibədə karantin rejiminin ləğvindən bəhs edilməyib:
“Müsahibədə karantin rejiminin tətbiqinin yolverilməz və ya ləğvi ilə bağlı hər hansısa fikir mövcud deyil. O, sərt karantin rejiminin yenidən tətbiq olunmamasını tövsiyə edib. Onun sözlərinə görə, bunun keçmişdə tətbiq edilməsi yoluxmanın qarşısını almaq üçün olub. Maria van Kerkhove sadəcə karantin rejiminə bir daha ehtiyac olmayacağına ümid etdiyini bildirib”.
Qeyd edək ki, Maria van Kerkhove “Telegraph”a müsahibəsində bir sıra ölkələrdə tətbiq edilən sərt karantin rejiminin ictimai səhiyyə infrastrukturunu yaratmaq üçün vaxt qazandırdığını bildirib. O qeyd edib ki, sağlamlığa dəyən ziyan, sosial və iqtisadi fəsadlardan dolayı ümumölkə karantin rejimi yerinə lokal karantin tədbirlərinin keçirilməsini tövsiyə edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır