Azərbaycan və Rusiya vətənə qayıtmaq istəyən vətəndaşları barədə razılığa gəldi
Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev iki ölkə vətəndaşlarının qarşılıqlı şəkildə vətənə qaytarılması barədə razılığa gəliblər.
Bu barədə Dağıstan rəhbərinin və hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ikitərəfli işçi qrupunun fəaliyyəti nəticəsində bu gün dövlət sərhədindəki Yaraq-Qazmalar buraxılış məntəqəsindən 250 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılacaq. Həmçinin hələlik Rusiya ərazisində vətənə qaytarılmağı gözləyən Azərbaycan vətəndaşlarının sığınacaq, qida, tibbi xidmət ilə təmin olunması məsələlərini iki ölkə birgə həll edəcək.
Belə ki, Dağıstanın Dərbənd rayonunun Qullar kəndində yerləşən və Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus çadır düşərgəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən səhra çadır düşərgəsi salınacaq. Tibbi və psixoloji xidmətin təşkil olunacağı düşərgədə yerləşdiriləcək vətəndaşların mütəmadi qidalanmaları təmin olunacaq. Bunun üçün ərzaq məhsullarını yerli istehsalçılardan tədarük etmək nəzərdə tutulur.
Mətbuat xidmətindən hazırda Dərbənd rayonunda 650 nəfər Azərbaycan vətəndaşının vətənə qaytmaq üçün gözlədikləri bildirilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır