Vilyam Hacıyevə bank kartlarını kim verib? – və ya Fondun yardım paketlərindəki 50 manatlar necə yoxa çıxıb?
Bir-birinin ardınca baş verən səs-küylü məmur həbsləri maraqlı məqamlarıda özü ilə ortaya çıxarır. Bir neçə dəqiqə əvvəl İmişlidəki mənbədən Conflict.az-a maraqlı məqamlarla zəngin məlumat daxil oldu. Mənbənin bildirdiyinə görə hal-hazırda rayonun Çahar və Gövhərli kəndinin bir qrup sakinləri Qaradоnlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qarşısına toplaşıblar. Məlumatda qeyd edilir ki, sakinlərin narazılığına səbəb Qaradоnlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhəmməd İsmayılovun hal-hazırda həbsdə olan İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevlə iş birliyində xəbər tutmaları olub. Belə ki, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə pandemiyadan əziyyət çəkən vətəndaşlara yardım paketi göndərilərkən Məhəmməd İsmayılov Vilyam Hacıyevin tapşırığı ilə vətəndaşlara yardımın çatdırılmasından əvvəl əksər qutuları açaraq içərisində olan 50 manatlıq nağd əskinasları götürüb. Lakin məsələ bununla da bitməyib. Mənbənin bildirdiyinə görə kənd icra nümayəndəsi Fondun göndərdiyi yardımları da yarıbayarı azaldaraq mənimsəyib. Bundan xəbər tutan kənd sakinləri Qaradоnlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qarşısına toplaşaraq Məhəmməd İsmayılovdan Heydər Əliyev Fondu tərəfindən ehtiyaclı insanlar üçün göndərilən pulu və ərzağın yerdə qalan hissəsini tələb edirlər. Məlumatı verən mənbə onu da qeyd etdi ki, Məhəmməd İsmayılov etirazlardan müvəqqəti qurtulmaq üçün rayon mərkəzində gizlənir.
Araşdırmalarımız zamanı maraqlı məqamlarda ortaya çıxdı. Belə ki, hüquq-mühafizə orqanlarının ictimaiyyət üçün açıqladığı rəsmi məlumatda Vilyam Hacıyevin xidməti otağındakı seyfindən ictimai işlərə cəlb edilən şəxslərin adına yüzdən çox bank kartının çıxdığı qeyd edildi. Maraqlıdır ölkə qanunlarına uyğun olaraq şəxsin adına açılmış bank kartını həmin vətəndaş imzası ilə təsdiq edərək almalıdır. Bəs belə olan təqdirdə görəsən yüzdən çox bank kartını Kapital Bankın İmişli rayon filialında Vilyam Hacıyevə kim, hansı əsasla verib?
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır