BP liftin düyməsini ayaqla basan əməkdaşını cəzalandırmaqdan yayınır?
Bir neçə gün əvvəl sosial şəbəkələrdə “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Zaur Paşayevlə bağlı video yayılmışdı.
Bizimxeber.az xatırladır ki,videoda Zaur Paşayevin özünü koronavirusdan qoruyarkən başqaları üçün təhlükəli vəziyyət yaratdığı əks olunurdu. Videodan aydın şəkildə görünürdü ki, o, əvvəlcə əllərini dezinfeksiya edir, sonra isə ayağını qaldıraraq liftin düyməsini basır.
Şirkətin mətbuat katibi Tamam Bayatlı məsələ ilə bağlı bildirmişdi ki, yayılan video şirkətin binasında baş verməyib: "Biz araşdırdıq, həmin yer bizim bina deyil, o bizim ofisin lifti deyil. Bəlkə də hansısa yaşayış binasıdır.
Videoda görünən şəxsin kimliyini isə araşdırırıq. Amma biz şirkət olaraq kimliyindən asılı olmayaraq bu cür hərəkəti düzgün hesab etmirik". Tamam Bayatlı əlavə etmişdi ki, hazırda Zaur Paşayev gərgin formada iş başında olduğundan onunla əlaqə saxlayıb dəqiqləşdirmə apara bilməyiblər. “BP Azərbaycan”ın sözçüsü videodakı şəxsin kimliyini araşdırdıqlarını desə də, araşdırmanın nəticəsi bəlli deyil. Yəni, şirkət rəsmi şəkildə videodakı şəxsin Zaur Paşayev olub-olmadığına aydınlıq gətiməyib. Bu isə şirkətin səmimiliyinə şübhələri artırıb.
Görünür, “BP Azərbaycan” Zaur Paşayevi bu hərəkətinə görə cəzalandırmaq niyyətində deyil.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır