Mənsimovun saxlanılması ilə bağlı yeni detallar: - Danışıqları...
Mübariz Mənsimovun həbs olunması xəbəri həqiqəti əks etdirmir. O, İstanbul polisi tərəfindən dindirilmək üçün saxlanılıb.
Bu sözləri Axar.az-a açıqlamasında azərbaycanlı jurnalist Fuad Abbasov deyib.
“Mənsimov bazar günü səhər saatlarında saxlanılıb. Evində və iş yerində axtarış aparılıb. Mənsimov hazırda axtarış zamanı polisin əlinə keçən bəzi materiallar əsasında dindirilir. İstanbul məhkəməsi tərəfindən Mənsimova qarşı həbs qətimkan tədbiri seçilməyib. Bu prosses 4 gün ərzində davam edə bilər. Bu müddət bitdikdən sonra işin məhkəməyə çıxarılacağı gözlənilir”, - deyə Abbasov qeyd edib.
O, həm də İstanbul əmniyyət müdirliyi ilə yaxın əlaqələri olan türk mətbuatında bu səhər çıxan məlumatlara da diqqət çəkib.
“Türkiyənin bəzi media qurumları yazır ki, Mübariz Mənsimovun FETÖ teror qruplaşmasının Rusiyadakı təmsilçiləri ilə yaxın əlaqələri olub. Məlumatda, həmçinin, Mənsimovun bu şəxslərlə tez-tez telefon danışıqları, birgə səyahətləri olduğu iddia olunur. Bunlar hamısı iddia olaraq qalır. Hər şey məhkəmənin qərarından sonra bilinəcək”, - deyə Abbasov qeyd edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır