Daxili İşlər Nazirliyi açıqlama yaydı
“Son günlər sosial şəbəkələrdəki bəzi səhifələrdə fevralın 28-də Daxili İşlər Nazirliyinin inzibati binası önündə bir qrup qadının aksiya keçirməyə cəhd göstərmələri zamanı onlardan birinin guya polis əməkdaşı tərəfindən üz nahiyəsinə xəsarət yetirilməsi barədə əsassız ittihamlar paylaşılır”...
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, bu iddialar yalan və böhtan olmaqla yanaşı, həm də qərəzlidir:
“Belə ki, AXCP tərəfindən aldadılaraq və istiqamətləndirilərək 10-15 qadın həmin gün razılaşdırılmamış, qanunsuz aksiyaya cəhd göstəriblər. Onlardan bəzilərinin Azərbaycanlı xanıma xas olmayan tərzdə ictimai asayişi mühafizə edən polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmələrinə və əxlaqdan kənar hərəkətlər etmələrinə baxmayaraq polis əməkdaşları dözümlülük və təmkinlilik nümayiş etdirərək öz xidməti vəzifələrini yerinə yetiriblər. Bu zaman xəsarət alan və saxlanılan olmayıb.
O ki qaldı, sosial şəbəkələrdəki səhifələrdə paylaşılan, üzündə xəsarət olan qadının fotolarına, oradan açıq-aydın görünür ki, bu fotolar ya montaj edilib, ya da həmin qadının özünün bilərəkdən və məqsədli şəkildə çəkdiyi makyajdan başqa bir şey deyil”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır