Səfər Mehdiyev inhisarçılığı ləğv edibmi? - Reallıq odur ki...
"Tez-tez açıqlama və hesabatlarında gömrük sistemində inhisarçılığın ləğv edildiyini iddia edən Dövlət Gömrük Komitəsi sədrinin əslində reallığı ört-basdır etməyə çalışması faktdır". Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.
Məqalə müəllifi bildirir ki, əslində gömrük şefinin bu kimi açıqlamaları özü barəsində "yuxarıların" nəzərində müsbət rəy yaratma cəhdindən başqa bir şey deyil. Dia.az-a yazırlar:
"Səfər Mehdiyev köhnədən də gömrükdə inhisarçılıq sistemindən əsa qidalananlardan biri olub. Məhz onun yaxın çevrəsi bu gün ayrı-ayrı istiqamətləri öz nəzarətində saxlayır. Doğrudur, kiməsə hansısa məhsulun gəririlməsi ilə bağlı rəsmi qadağa yoxdur. Amma elə bir şərait yaradılır ki, inhisara alınmış məhsulun ölkəyə gətirilməsi müşkülə və yaxud da biznes maraqları baxımında sərfəli olmayan bir işçə çevrilir. Hansı sahibkar özünə ziyan edən bir sahəyə baş vurar ki?"
Bunu necə edirlər? Dia.az-a göndərilən məqalədə sözügedən məsələnin də izahı verilir: "İnhisarçılığın necə qorunması ilə bağlı bir misal da deyim. Bildiyiniz kimi, idxal mallarının kodları var. Gömrük Məcəlləsində, gömrük tariflərində də qeyd olunub – kodlara görə mala 5 faiz də tətbiq etmək olur, 10 faiz də, 15 faiz də. Hətta qaimədə, bəyannamədə yazılsa belə, Gömrük Komitəsinin əməkdaşları tətbiq edəndə kodu dəyişik tətbiq edirlər. İnhisarçı şirkətə gömrük rüsumunu 5 faizdən tətbiq edirlər, adi sahibkarın həmin kodla olan malına 10-15 faizdən. İnhisarçılığın yeni növləri bunlardır. Yəni bu yolla yenidən inhisar qorunmuş olur və Səfər Mehdiyevin söylədiklərinin həqiqətdən uzaq olduğu aşkara çıxır. Bu gün faktdır ki, Azərbaycanda əsas inhisarçılar elə DGK sədrinin öz qohumları və yaxın ətrafıdır".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır