Rasim Musabəyovun dairəsinin nəticələri də ləğv oluna bilər — MSK araşdırır
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub....
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilən iclasında 4 dairənin nəticələri ləğv olunub.Bunlar Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran Kənd Seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.
Bundan başqa, iclasda bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərilib.
Bu dairələrin liderlərinin əksəriyyəti 4,5,6-cı çağırış deputat seçilənlərdir. Onların arasında şikayətçi sayı üstünlük təşkil edən 18 saylı Nərimanov-Nizami seçki dairəsi də var ki, seçicilər bu dairənin nəticələrinin ləğv edilməsi çağırışı edirlər. Sözügedən dairədən "qələbə" qazandığını deyən Rasim Musabəyov 4, 5, 6-cı çağırışdır ki, deputatdır (3 dəfə).
Seçicilər deyir ki, Rasim Musabəyov yalnız 5 ildən bir seçki prosesi zamanı gözə dəyir. Digər vaxtlarda isə seçicilər onun qəbuluna düşə bilmədiklərini deyirlər.
Hazırda digər bir neçə dairə kimi, burada da qanunsuz hallarla bağlı araşdırmalar aparılır. Çünki seçki günü 18 saylı Nərimanov-Nizami seçki dairəsində də səsvermənin bəzi namizədlər tərəfindən öz xeyrlərinə saxtalaşdırılması cəhdləri olub. Bununla bağlı sosial şəbəkələrdə də görüntülər yayılıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə bildirib ki, hazırda sosial şəbəkələrdə yayılan bütün dairələrdən olan məlumatlar araşdırılır:
"Araşdırmalarda sosial şəbəkələrin böyük rolu var. Komissiya nədən şübhələnirsə, onu çox ciddi şəkildə araşdırır. Çünki burada yayılan görüntülər həm də MSK-ya daxil olan müraciətlərdə də öz əksini tapır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır