SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Seçkilərdə ilk və ən kütləvi saxtakarlıqlar olan dairə ləğv ediləcəkmi? - MSK ÜÇÜN VİDEOFAKTLAR

Seçkilərdə ilk və ən kütləvi saxtakarlıqlar olan dairə ləğv ediləcəkmi? - MSK ÜÇÜN VİDEOFAKTLAR

Tarix:

14-02-2020, 13:47

/ 1 451 dəfə oxundu.
Seçkilərdə ilk və ən kütləvi saxtakarlıqlar olan dairə ləğv ediləcəkmi? - MSK ÜÇÜN VİDEOFAKTLAR

9 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar parlament seçkiləri maraqlı hadisələrlə yadda qaldı. Bəzi dairələrdə seçki demokratik, şəffaf keçirilsə də, bəzilərində ciddi nöqsanlar oldu. Bu və digər səbəblərdən artıq 4 dairə ləğv esilib, bir neçəsi yoxlanmaq üçün geri qaytarılıb.


Məsələ burasındadır ki, 9 fevralda ilk və ciddi qanun pozuntuları 47 Saylı Mingəçevir Seçki Dairəsində qeydə alındı. Məlumata görə, 47 Saylı Mingəçevir seçki dairəsinin 21 saylı məntəqəsinin üzvü Mahir Eyyubov bir neçə dəfə topa halda bülletenləri qutuya atarkən kameralara yaxalandı. Bu foto ölkədə keçirilən demokratik seçkilərə mütəşəkkil məmur qrupu tərəfindən vurula biləcək ən böyük zərbə idi. Qısa zaman kəsiyində internet və sosial mediada yayılan bu foto təəssüf ki, 47 Saylı Mingəçevir seçki dairəsində qeydə alınan son saxtakarlıq olmadı. Belə ki, bir neçə saat sonra 21 saylı məntəqənin digər üzvü səslər hesablanarkən şkafdan bülletenlər çıxardaraq digərlərinə qatır. Hər iki pozuntunun foto və video qeydiyyatı var. Bundan başqa 17 Saylı məntəqənin sədri səslər hesablanarkən gödəkçəsinin içindən bülletenləri çıxardaraq digərlərinin içinə atır. 9 saylı məntəqədə isə kuryoz saxtakarlıq halı yaşanıb. Belə ki, həmin məntəqədə yaşamayan bir qrup şəxs səs verərək məntəqəni tərk ediblər. Bu proses onların birinin ifşasından sonra qarşısı alınmağa başlayır. Daha sonra şəhər YAP təşkilatının sədri Cavanşir Yusubov məntəqəyə gələrək, sədrə, üzvlərə öz tapşırıqlarını verir. Bundan başqa, 28 saylı məntəqədə baş verənlər də seçki qanunvericiliyinə ziddir. Belə ki, məntəqə sədri digər namizədlərin adına olan bülletenləri Aydın Mirzəzadənin hesabına əlavə edir və beləliklə hər kəsi məğlub etmiş olur. Digər məntəqədə isə seçicilərə möhürsüz bülletenlər verilib. Beləliklə, səslır hesablanarkən həmin bülletenlər yararsız kimi qeydə alınıb.

Yuxarıda qeyd etdiyimiz bütün pozuntular nəinki məntəqələrin, hətta dairənin ləğvinə belə gətirib çıxarda bilər. Bu faktlarlar bağlı digər bamizədlır 47 saylı Mingəçevir DAK-ya və MSK-ya şikayət ünvanlayıblar.

47 Saylı Mingəçevir seçki dairəsinin nəticələrini labüd edən foto və videoları təqdim edirik:

Afn.az





Şərhlər

XƏBƏR LENTİ