Seçkiləri saxtalaşdıranları nə gözləyir? – Həbs, cərimə...
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntuları ilə bağlı atılan addımlar 4 dairədə nəticələrin ləğvi ilə məhdudlaşmaya bilər.
Yenisabah.az xəbər verir ki, Mərkəzi Seçki Komissyası (MSK) digər dairələrlə də bağlı şikayətləri ciddi araşdırır. Ehtimal olunur ki, daha bir neçə dairədə nəticələr ləğv ediləcək.
Bundan başqa, səsvermə prosesi zamanı qanun pozuntularına, saxtakarlığa yol verənlərin də cəzalandırılması gündəmə gəlib. Təsadüfi deyil ki, MSK sədri Məzahir Pənahov seçki məntəqələrdə saxtakarlıq faktlarını qeydə alan jurnalistlərə, bloggerlərə təşəkkür edib. Bu faktlar saxtakarlığa yol verənlərin cəzalandırılması üçün əsas sübutlardır.
Azərbaycanın Cinayət Məcəlləsində seçki cinayətləri ilə bağlı 3 maddə var: 159, 160 və 161-ci maddələr.
159-cu maddədə seçki hüquqlarının həyata keçirilməsinə mane olmağa görə cəzalar nəzərdə tutulur. Cəzalar əsasən cərimələrdən, islah işlərindən ibarətdir. Lakin ağırlaşdırıcı hallarda təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzası da verilə bilər.
160-cı maddə seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərməyə görə cəzalar nəzərdə tutulur. Bu maddə ilə ittiham olunan şəxs cərimələnə, ictimai işlərə cəlb oluna, ağırlaşdırıcı hallarda isə azadlıqdan məhrum edilə bilər.
161-ci maddədə seçki sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma cinayətinə görə məsulliyyət nəzərdə tutulur. Cəzalar cərimə və islah işlərindən ibarətdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır