"İlkin Nərmini oxutmaq üçün qaçırıb, sözünə baxmadığı üçün..." - NƏNƏSİ DANIŞDI
Nərminin yandırılarkən videoya çəkilməsi barədə bizdə məlumat yoxdur.
Bu sözləri açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra yanmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın yandırılan zaman videoya çəkilməsi barədə danışan əmisi Lətif Quliyev deyib.
O bildirib ki, İlkin Süleymanova kimlərin kömək etməsi və Nərminə təcavüz edilib-edilməməsi barədə dəqiq məlumat hüquq mühafizə orqanları tərəfindən yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
L.Quliyev İlkin Süleymanovun kənddə kimləsə ədavətdə olması və ya bundan əvvəl hansısa qadına və yaxud kiməsə əxlaqsız hərəkət etməsi barədə heç vaxt eşitmədiklərini qeyd edib.
Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva isə saytımıza açıqlamasında bildirib ki, İlkin Süleymanov Nərmini guya oxutmaq məqsədi ilə qaçırdığını deyib:
"Özü ifadəsində deyib ki, Nərmini oxutmaq üçün qaçırıb. 4 gün yemək verib. Sonra sözünə baxmadığı üçün başına daşla vurub. Nərminin qətlində əli olan digər şəxslər barədə hələlik araşdırma aparılır”.
Qeyd edək ki, mətbuatda Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyevanın yandırılan zaman videoya çəkilməsi barədə məlumat yayılıb.
axar.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır