Sevinc Abbasova bu gün son söz deyəcək
Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilir.
Hakim Azər Tağıyevin icraatında olan prosesdə S.Abbasovanın vəkili Sadiq Bağırov çıxış edəcək, daha sonra prosedura uyğun olaraq Sevinc Abbasova son söz demək təklif olunacaq.
S. Abbasova prosesdən öncə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əgər ona son söz versələr, bu hüququndan istifadə edəcək.
Bunun ardınca məhkəmə hökm oxumaq üçün müşavirəyə çıxacaq. Lakin hökmün bu gün, yoxsa başqa günlərdə elan ediləcəyi hələlik bəlli deyil. Buna hakim müşavirədə qərar verəcək.
Qeyd edək ki, S. Abbasova hazırda ev dustaqlığındadır və onun ev dustaqlığında keçirdiyi hər gün həbsə bərabər sayılır. Bir həbs günü isə azadlığın məhdudlaşdırılmasında keçirilən iki günə bərabərdir. Ona görə də Sevinc Abbasovanın hazırda məhkəməsinin uzanması onun hökmdə alacağı cəzanı daha da yüngülləşəcəyi deməkdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır