Daha bir neçə nazirlik, agentlik və komitələrin birləşdiriləcəyi gözlənilir
"Cənab Prezidentin start verdiyi kadr islahatları struktur islahatlarına paralel şəkildə mütləq davam etdiriləcək”.
Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin son günlər imzaladığı ölkə əhəmiyyətli sərəncamlarla bağlı fikirlərini bölüşərkən bildirib.
V.Əhmədov deyib ki, prosesin davamında bir neçə qurumun ləğvinin, agentlik və komitələrin birləşdirilməsinin şahidi ola bilərik:
“Hansı nazirlik ləğv ediləcək, hansılar birləşdiriləcək, bu artıq dövlət başçısının qərarı ilə icra olunacaq. Amma struktur islahatları mütləq davam etdirilməlidir”.
Parlamentari qeyd edib ki, Nazirlər Kabinetinin strukturunda da ciddi dəyişiklik edilməsinə ehtiyac var:
“Biz 10 milyonluq əhaliyik. Dövlət aparatı çox şişirdilib. Cənab Prezidentin qarşıya qoyduğu məqsədlərin reallaşması üçün strukturun çevik olması vacibdir. Struktur islahatlarına gedilməsi həm də kadrlardan asılıdır. Mikayıl Cabbarov birdən-birə İqtisadiyyat naziri gətirilmədi. Onun bundan əvvəlki rəhbər vəzifələrdə apardığı islahatlar nəzərə alındı. Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin vahid strukturdan idarə olunması asan məsələ deyil. Bu həm böyük təcrübə, həm də məsuliyyət tələb edir. Ona görə də nazirliklərin, agentliklərin, ASC və QSC-lərin, komitələrin birləşdirilməsi gündəmdədir. Yəni kadr islahatları ilə paralel struktur islahatları da getməlidir”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır