Külli miqdarda borcu olan deputatla bağlı - Maraqlı faktlar
Bir neçə gündür ki, ölkə gündəmində deputat Rafael Cəbrayılovun mandat vəsiqəsini girov qoyaraq pul götürməsi müzakirə olunur.
“Qafqazinfo” xəbər verir ki, problemin miqyası artıq böyüyüb. YAP-çı deputat Siyavuş Novruzov bu vəziyyəti cinayət kimi qiymətləndirib. Parlamentin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev də həmkarının məsələsinə baxılacağını bildirib. Bu vəziyyətdə onun mandatından azad olunacağı da bildirilir.
“Qafqazinfo” məsələnin aktual olduğu bir vaxtda Rafael Cəbrayılov haqqında araşdırma aparıb.
Bildirək ki, R. Cəbrayılov 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışıb. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır). Ailəlidir, iki övladı var.
O, 2005- ci ildə ilk dəfə deputat seçilib. Sonuncu çağırışda isə 46 saylı Şirvan seçki dairəsindən deputat olub. Eyni zamanda, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.
Deputatın uzun illərdir ki, tikinti biznesi ilə məşğul olduğu bildirilir. Hələ 2013-cü ildən onun tikinti biznesinin batması haqqında məlumatlar yayılmışdı. Bildirilirdi ki, banklar deputatı artıq etibarlı müştəri hesab etmir. Ona görə də bir sıra banklar deputata kredit verməkdən imtina edib. Hətta “Nikoil bank”la deputat arasında məhkəmə qalmaqalı da baş tutmuşdu. Qalmaqala səbəb deputatın və qardaşlarının banka olan borclarını ödəməmələri olub. Deputat özü isə mətbuata açıqlamasında tikinti biznesiylə qardaşları Rauf və Elşən Cəbrayılovların məşğul olduğunu bildirmişdi.
Mətbuata bir neçə dəfə ayrı-ayrı şəxslər müraciət edərək deputat tərəfindən aldadıldıqlarını iddia ediblər. Elə sonuncu qalmaqalda da onun Təranə Fətəliyevadan 300 min dollar borc alıb geri verməməsi iddia edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır