İsfəndiyar Axundovun ağ yalanı: Maşının yanındakı kimin oğludur?
Xəbər verdiyimiz kimi, "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın sədri İsfəndiyar Axundovun oğlu Tanrıverdi Axundov 10 VO 200 dövlət nömrə nişanlı "Bentley Continental" maşınla su kanalına düşüb.
“Yeni Sabah” bildirir ki, iş adamı Demokrat.az-a açıqlamasında bildirib ki, oğlunun avtomobilinin kanala düşməsi xəbəri yalandır: "O avtomobil mənim oğluma məxsus deyil. Oğlumun avtomobili kanala düşməyib. Əgər düşsəydi, ən azı bir ata kimi bundan xəbərim olardı. O, maşın bizim deyil".
“Yeni Sabah” bildirir ki, iş adamı bilərəkdən və hər kəsə bəlli olan bir hadisəni təkzib etməyə çalışıb. Belə ki, Qaynarinfo.az saytı T. Axundovun bu gün kanala düşən 10 VO 200 dövlət nömrə nişanlı “Bentley” maşınla fotosunu yayıb. Həmi fotonu bir müddət əvvəl “Şərurlu İsfəndiyar”ın oğlu özü İnstagram səhifəsində paylaşıb. Və bu, tikinti maqnatının uşaqlarının lüks avtomobil kolleksiyasına məxsus olan maşınlardan sadəcə biridir.
Bəs İ. Axundov bu xəbəri təkzib etməklə nəyə nail olmaq istəyir? Bu maşının yanındakı onun oğlu deyilsə, kimdir?


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır