Bakının ən iri rayonlarından biri niyə başsız qalıb? - MÜƏMMA
Ötən il dekabrın 13-də Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov vəzifəsindən azad edildi. Onun postunu itirməsi gözlənilməz olmadı: 2006-cı ilin sentyabrından adıçəkilən rayona rəhbərlik etmiş Razim Məmmədov paytaxt rayonlarının icra başçıları arasında fəaliyyəti ən çox təftiş və tənqid edilən icra başçısıd idi.
Özünə kifayət qədər geniş biznes quran, təkcə Bakıda çoxsaylı mülklərə, mənzillərə sahib olan Məmmədov, xüsusilə rəhbəri olduğu rayonun ərazisində yaşıllıqların qeyri-qanuni məhvi, həmin yaşıllıqların yerinin müxtəlif məqsədlərlə satılması kimi xəbərlərlə daim medianın gündəmində idi. Xətai rayonunda onun fəaliyyətindən narazılıq son həddə çatmışdı.
Vəzifəsindən azad edilməmişdən bir az əvvəl isə onun yaxın qohumu, həmin vaxt Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyən Xalid Məmmədov həbs olundu. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilmişdi. O, Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almaqda təqsirli bilinir.
Bu həbs R.Məmmədovun "vurulmasını" daha da sürətləndirdi.
Maraqlısı odur ki, aradan 7 aydan çox keçməsinə baxmayaraq, Xətai rayonuna hələ də yeni icra başçısı təyin edilməyib. Bunun konkret səbəbləri məlum deyil.
Qaynarinfo-ya daxil olan məlumata görə, Bakının ən iri rayonlarından sayılan (ərazisi 31,6 кvadrat kilometrə çatır, əhalisi isə 290 min nəfərdən çoxdur) Xətai rayonuna rəhbərlik etmək arzusuna düşənlərin sayı çoxdur. Lakin hələ ki, onlardan konkret hər hansı birinin adı üzərində dayanmaq mümkün olmur. Xüsusilə paytaxt meri Eldar Əzizov bu təyinatın məhz onun istəyi ilə gerçəkləşdirilməsinə çalışır. Əzizovla bərabər, başqa bir neçə iri məmurun da həmin posta öz namizədinin olduğu deyilir.
Sonda hansı namizədin üzünün güləcəyini demək çətindir.
Yalnız o bəllidir ki, Bakının aparıcı rayonlarından biri faktiki olaraq 7 aydan çoxdur başsız qalıb və hazırda həmin rayonun İcra Hakimiyyəti başçısının səlahiyyətlərini R.Məmmədovun da müavini olmuş şəxs idarə edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır