Azərbaycanlıdan oğurlanan saat saxta çıxdı
İbiza şəhərində azərbaycanlıdan oğurlanmış saat orijinal yox, onun 1200 dollar dəyərində nüsxəsi olub.
Virtualaz.org bildirir ki, məlumatı bu gün "Arqumentı nedeli" nəşri yayıb.
"Onlar orijinalı yox, onun oxşarını oğurlayıblar" deyən mənbə əlavə edib ki, hadisədən dərhal sonra zərərçəkən bu barədə polisə məlumat verib.
Söhbət “Richard Mille Tourbillon F1 McLaren RM 50-03 / 01” markalı saatın, necə deyərlər, dublikatından gedir.
Xatırladaq ki, hadisə iyunun 19-da baş verib. Azərbaycandan olan iki gənc turist-22 yaşlı zəngin birisi və dostu İspaniyanın İbiza adasının Paseo-de-Joan Karles rayonunda, sahildə gəzərkən saat 16.30 radələrində hücuma məruz qalıblar. Təxminən 30 yaşlarında olan bir şəxs qəfildən onlardan birinə hücum edərək bir neçə dəfə itələyib, azərbaycanlı zəngin gənc qolundan və əlindən xəsarət alıb. Hücum edən şəxs onun guya 1,5 milyon avro dəyəri olan saatını götürərək qaçıb.
“Richard Mille 50-03 MCLaren F1” markalı saatdan dünyada cəmi 75 ədəd istehsal olunub. O, dünyada ən yüngül saatdır, ağırlığı cəmi 40 qramdır. Bu cür aşağı çəkini almaq üçün saatın hazırlanmasında titandan və TRT adlı mineraldan-poladdan 200 dəfə möhkəm olan nanomaterialdan istifadə olunur.
Saat McLaren F1 avtomobilinin əsasında hazırlanıb və turbion mexanizmi ilə işləyir. Bu mexanizm korpusun daxilində dəqiqədə 1 dövrə olmaqla fırlanır və qravitasiyanın təsirini sıfra endirir, saatın “ifrat dəqiqliyi” də elə bundadır. Saatın xronoqrafı da var və bir dəfə dolduranda 70 saat işləyir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır