Zamirə Hacıyeva üçün həbsxana axtarılır
Zamirə Hacıyevanın ekstradisiyası üzrə Azərbaycanın tələbi əsasında Londonda məhkəmə prosesi davam edir.
İyunun 26-da keçirilmiş növbəti prosesə Zamirə Hacıyevanın lehinə gizli şahid gətirilib, o, pərdə arxasından 5 saat ərzində həm Zamirə Hacıyevanın vəkili Hugo Keith, həm də Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolmun suallarını cavablandırıb.
Zamirə Hacıyevanın mənafeyini müdafiə edən gizli şahid Azərbaycan məhkəmə sistemini tənqid edib, insan haqları sahəsində və bütün seqmentlərdə problemlər olduğunu iddia edib. Vəkil Hugo Keith tərəfindən verilən yönləndirici suallar əsasında o, Ramil Səfərov, Xədicə İsmayıl, Mehman Hüseynov, "Nardaran işi" ilə bağlı məhkəmə dosyeləri barəsində özü bildiyi kimi şərhlər verib, Azərbaycanda bir sıra tanınmış simaların məhkəmə sistemi ilə problemlər yaşadığını qeyd edib. Bu zaman Ramil Səfərovun ekstradisiya dosyesi də xüsusi vurğulanıb.
Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolm isə Azərbaycanda məhkəmə sistemi və insan haqları mövzusunda gedən islahatlar, Zamirə Hacıyevanın indiyə qədər hər hansı bir siyasi məqalə yazmadığı, siyasi fikir bildirmədiyi və ya siyasi görüşünün olmadığını bildirib. Vəkil 31 avqust 2012-ci ildə Macarıstanın Azərbaycana verdiyi Ramil Səfərov barəsində cinayət işinə səbəb olmuş hadisənin Ermənistan-Azərbaycan münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Müdafiəçi bu cür iddialarla çıxış edən şahidə Zamirə Hacıyevanın Azərbaycandakı banklardan böyük məbləğlərdə nağd pul çəkdiyini və külli miqdarda vəsaiti mənimsədiyini xatırladıb.
Məhkəmə prosesində Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya edilərsə, hansı cəzaçəkmə müəssisəsində saxlanacağı haqqında qarşılıqlı müzakirələr aparılıb, Azərbaycanda qadınlar üçün nəzərdə tutulan müəssisələrin standartlara uyğun olub-olmadığı müzakirə edilib.
Məhkəmə prosesi iyunun 28-də davam edəcək.
Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya 2009-2015-ciillərdə bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.
APA

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır