““İçərişəhər” xalqın yataq otağıdır və ora yad kişiləri buraxmaq binamusluqdur”
“İçərişəhər”də Qala divarlarının bir hissəsini sökülməsi və yerində restoran tikilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fotolar insanlar tərəfindən narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri Bakının rəmzinin göz görə-görə dağıdılıdığından əndişələrini müxtəlif formada ifadə ediblər.
Məsələyə münasibət bildirən yazıçı Seyran Səxavət 19 il əvvəl “İçərişəhər” haqqında dediyi fikirlərini bu gün də təkrar edib və bildirib ki, buna başqa bir əlavəsi yoxdur:
“19 il əvvəl “İçərişəhər” haqqında belə bir fikir səsləndirmişəm, amma ola bilsin ki, illər keçdikcə bunu təhrif - filan edirlər, amma eybi yoxdur. Demişəm ki, Azərbaycanın paytaxtı Bakıdır, Bakının da paytaxtı “İçərişəhər”dir. Həm də “İçərişəhər” Azərbaycan xalqının yataq otağıdır və ora yad kişiləri buraxmaq binamusluqdur. İndi də bu fikirimdə qalıram və bunu şərh edəcək başqa bir əlavəm yoxdur. “İçərişəhər” haqqında bundan ağır fikir ola bilməz”.
Moderator.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır