Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb – Məbləğ açıqlandı
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun ölkədən çıxardığı pulun miqdarı açıqlanıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, 2004-cü ildən Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov 2012-ci ilin iyununda 17944 və 50139, 2013-cü ilin yanvarında 50.418 və 129.646, 2013-cü ilin fevralında 18.440, 2013-cü ilin martında 20,385, 2013-cü ilin mayında 17.718, 2013-cü ilin oktyabrında 113.969 manat və 50.085 ABŞ dollarından ibarət cəmi 423.744 ABŞ dollarını sürücüsü Nail İbrahimovun, 2012-2014-cü illər ərzində 794.316 ABŞ dolları məbləğində isə "Kaspian Kristal” MMC-in rəhbəri olan qohumu Fuad Hacıyevin vasitəsi ilə "AGBank” ASC-dən Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən ayrı-ayrı hüquqi şəxslərin xarici ölkə banklarındakı hesablarına köçürülməsini təmin edib.
Vüqar Mahmudov ümumilikdə qeyri-qanuni yollarla ölkədən 1.218.060 ABŞ dollarını ölkədən çıxarıb.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.
Xatırladaq ki, Vüqar Mahmudov Səbail rayon Polis İdarəsinin sabiq rəsi İlqar Mahmudovun qardaşıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır