Mahmudovun və arvadının inanılmaz bank hesabları ÜZƏ ÇIXDI - ŞOK MƏBLƏĞLƏR
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov və onun həyat yoldaşı Nuranə Mahmudovanın adına olan çoxlu sayda bank hesabları açıqlanıb.
Teleqraf.com-a istinadən xəbər veririk ki, Vüqar Mahmudov və onun həyat yoldaşı Nuranə Mahmudovanın “Kapitalbank”, “Azərbaycan Beynəlxalq Bank”, “Azərtürkbank”, “Nikoyıl İnvestisiya kommersiya bankı”, “AGbank”, “Bank BTB”, “Bank VTB Azərbaycan”da olan bank hesabları üzə çıxıb.
Nuranə Mahmudovanın adına rəsmiləşdirilmiş “Kapitalbank” ASC-nin Sabunçu filialındakı hesabda 153.000 manata bərabər 90.000 ABŞ dolları, 8.400,95 manat, 1.025.843,26 manata bərabər 603.437,21 ABŞ dolları, Vüqar Mahmudovun adına rəsmiləşdirilmiş həmin filialda yerləşən bank hesabından 64.260 manata bərabər 37.800 ABŞ dolları, 63.237,74 manata bərabər 37.196,48 ABŞ dolları, “Azərbaycan Beynəlxalq Bank”nın mərkəzi filialında yerləşən hesabında 39.650,72 ABŞ dolları, 63,94 manat, Sabunçu filialında yerləşən hesabda 71,82 manat aşkar olunub.
Həm Vüqar Mahmudovun, həm də Nuranə Mahmudovanın qeyd olunan bütün bank hesablarına həbs qoyulub.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır