“O MƏNZƏRƏNİ GÖRƏNDƏN SONRA ŞOKDAYIQ…” – Dövlət Komitəsi
“Sosial şəbəkələrdə üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq. Azərbaycanda belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Burada Azərbaycan qadınının imicinə xələl gətirilib. Bununla mübarizə aparılmalıdır”.
Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
E.Səfərov bildirib ki, videoçəkiliş həmin xanımların razılığı ilə də olsa belə onlar qurbandırlar: ”Azərbaycan qadınının çılpaq vəziyyətdə rəqs etdirilməsi və bunun videoçəkiliş vasitəsilə ictimailəşdirilməsi yolverilməzdir. Çünki bu, Azərbaycan adına xələl gətirən məqamlardan biridir. Bunu da nəzərə almaq lazımdır ki, xaricdən təsiredici halların axını mövcuddur. Ona görə də həmin xanımlarla psixoloji və maarifləndirci görüşlər aparılmalıdır”.
Şöbə müdirinin sözlərinə görə, üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntü ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalıdır: “Həmin videoçəkilişdə vətəndaşların çılpaq rəqs etməsinin, videomaterialın yayılmasının səbəbləri araşdırılmalıdır. Biz daha çox ailə siyasətinin gücləndirilməsinə, ailə dəyərlərinin və adət-ənənələrinin qorunmasına çalışırıq. Həmin qadınların spirtli içkilərin və yaxud da narkotik maddələrin təsiri altında bu işə sövq edilib-edilməməsi araşdırılır. Bu da Daxili İşlər Nazirliyinin araşdırmasından sonra məlum olacaq”.
Qeyd edək ki, martın 31-də sosial şəbəkələrdə üç gənc qadının çılpaq vəziyyətdə rəqs etməsini əks etdirən görüntülər yayılıb. Görüntülərin Azərbaycanda lentə alındığı bildirilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır